KOB-ların ixrac imkanlarının daha da artırılması müzakirə olunub

2020.02.18 10:24 (UTC+04:00)

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında əməkdaşlıq imkanları müzakirə edilib. KOBİA-dan bildirilib ki, agentliyin idarə heyətinin sədri Orxan Məmmədov MÜSİAD-ın sədri Abdurrahman Uzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə KOBİA və MÜSİAD-in fəaliyyəti barədə məlumat verilib, MÜSİAD üzvlərinin 95 faizinin KOB-lardan ibarət olduğu və Azərbaycan şirkətlərinin də bu təşkilatda təmsil olunduğu diqqətə çatdırılıb.

Tərəflər arasında əməkdaşlıq imkanlarına, birgə layihələrin və tədbirlərin reallaşdırılmasına, KOB-ların ixrac imkanlarının daha da artırılmasına dair fikir mübadiləsi aparılıb.