Avropa Parlamenti (AP) Avropa İttifaqı (Aİ) ilə Vyetnam arasında imzalanmış ticarət sazişini təsdiqləyib. Saziş keçən ilin iyun ayında imzalanmışdı. Aİ Şurasının təsdiqindən sonra saziş qüvvəyə minəcək.
Qeyd edək ki, Aİ ilə Vyetnam arasında ticarət və investisiya sazişinin müzakirələri 2012-ci ildən 2015-ci ilə qədər davam etmişdi.
Bu ticarət sazişi çərçivəsində gömrük vergilərinin 99 faizi məhsulların kateqoriyalarına görə 10 ilə qədər ləğv ediləcək. Ticarət sazişi Vyetnamda insan hüquqları ilə bağlı problemlər yarandığı halda təxirə salınacaq.
Hazırda, 95 milyon əhalisi olan Vyetnam ilə Aİ arasında illik mal dövriyyəsinin həcmi 50 milyard avroya, xidmətlərin həcmi isə 4 milyard avroya çatır.