Qeyri-formal məşğulluğun, əmək müqaviləsi olmadan işləməyin nəticələri

2020.02.17 16:33 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində növbəti maarifləndirici videoçarx hazırlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, videoçarxda istehsalatda bədbəxt hadisə nəticəsində sağlamlığını itirmiş bir şəxsin həyat hekayəsi timsalında əmək müqaviləsi olmadan işləməyin acı nəticəsi əksini tapıb. Videoçarx əmək müqaviləsi yalnız gələcək sosial təminat üçün deyil, işçinin iş prosesində baş verən bədbəxt hadisə nəticəsində ciddi zərər çəkdiyi halda da sosial müdafiə olunması, tək və dəstəksiz qalmaması üçün əsas yaratdığını nümayiş etdirir.