Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib. AZPROMO-dan bildirilib ki, martın 28-30-da İordaniya Haşimilər Krallığında "Yaxın Şərq və Şimali Afrika Rəqəmsal İqtisadi Sammiti-2020" çərçivəsində XII İordaniya İqtisadi Forumu keçiriləcək. Ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və biznes nümayəndələri forumda iştiraka dəvət olunurlar.