Mərkəzi Bank 100 milyon manat cəlb edib

2020.02.17 11:54 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb. AMB-dən bildirilib ki, fevralın 17-də Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 578 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,51 faiz təşkil edib. Nəticədə, hərrac zamanı AMB 100 mln. manat vəsait cəlb edib.