2019-cu ildə Azərbaycanın bank sektoru 536,9 milyon manat xalis mənfəət əldə edib

2020.02.17 14:04 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının hesabatına görə, 2019-cu ildə Azərbaycanın bank sektoru 536,9 milyon manat xalis mənfəət əldə edib ki, bu da yerli bankların bu il yanvarın 1-nə malik olduğu 32.722,8 milyon manat məbləğində aktivlərin 1,64 faizi qədərdir.

Xatırladaq ki, 2018-ci ildə bank sektoru 279,4 milyon manat və yaxud ötən il yanvarın 1-nə malik olduğu 29.502,4 milyon manat məbləğində aktivlərin 0,95 faizi qədər xalis mənfəət əldə etmişdi. Göründüyü kimi, sektorun aktivlərinin gəlirliliyi 0,69 faiz bəndi artıb.