Vergi Məcəlləsində edilmiş son dəyişikliyə əsasən, bu halda vergi ödəyicisi bəyannamədə əks etdirilmiş əməliyyatlar üçün Vergi Məcəlləsinin 71.1.5.9-cu maddəsində nəzərdə tutulmuş qaydada həmin Məcəllənin 177.5-ci maddəsinə əsasən, elektron qaimə-faktura təqdim etmək hüququna malikdir.
Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən, qeydiyyat bu Məcəllənin 157.3.3-cü maddəsinə uyğun olaraq keçmiş tarixlə aparıldıqda, vergi ödəyicisi qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən vergiyə cəlb olunan əməliyyatlar üzrə ƏDV ödəməlidir və vergi ödəyiciləri üçün müəyyən edilmiş qaydada vergi məbləğlərini əvəzləşdirmək hüququna malikdir. Müvafiq əməliyyatlar vergi ödəyicisi tərəfindən verilən birinci bəyannamədə əks etdirilməlidir. Bu əməliyyatlar bəyannamənin verildiyi ay ərzində baş vermiş əməliyyatlar sayılır. Belə olan halda, vergi ödəyicisi bəyannamədə əks etdirilmiş əməliyyatlar üçün bu maddənin məqsədləri üçün nəzərdə tutulmuş elektron qaimə-fakturaları təqdim etmək hüququna malikdir.