Bu il fevralın 14-nə Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notlarının dəyəri 320 milyon manat təşkil edib. AMB-dən verilən məlumata görə, bu, fevralın 7-si ilə müqayisədə 50 milyon manat və yaxud 18,5 faiz çoxdur.
Əlavə edək ki, AMB-nin dövriyyədə olan notları bundan əvvəl də 50 milyon manatlıq artım nümayiş etdirmişdi.