Prezident İlham Əliyev Münxendə Əfqanıstan Prezidenti ilə görüşüb

2020.02.14 21:58 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Bakının mötəbər tədbirlərin keçirildiyi məkan olduğu bildirilib. Ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu qeyd edilib. Artıq Əfqanıstan yüklərinin Lapis-Lazuli marşrutu ilə Azərbaycan ərazisindən daşınıldığı qeyd edilib, gələcəkdə bu istiqamətdə səylərin daha da artırılmasının vacibliyi vurğulanıb.

Həmçinin görüşdə Azərbaycan-Əfqanıstan iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.