Prezident İlham Əliyevin “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşü olub

2020.02.14 21:38 (UTC+04:00)

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə İtaliya arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, ölkələrimiz siyasi, iqtisadi-ticari və digər sahələrdə yaxşı əməkdaşlıq edirlər, hökumətlərarası komissiya səmərəli fəaliyyət göstərir.

Görüşdə vurğulanıb ki, İtaliya şirkətləri Azərbaycanda icra olunan layihələrin həyata keçirilməsində yaxından iştirak edirlər.

Söhbət zamanı əməkdaşlığın perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.