Latviyada bir sıra mallar üçün ƏDV dərəcəsini azaltmaq müzakirə edilir

2020.02.15 13:25 (UTC+04:00)

Latviya Respublikası hökumətinin üzvləri bir sıra mallara (məsələn, dərman preparatları, kitablar, qəzetlər və fermerlərin istehsal etdikləri məhsullar) görə tutulan əlavə dəyər vergisinin dərəcəsinin aşağı salınmasının müzakirəsini yenidən gündəliyə gətiriblər. Kütləvi informasiya vasitələrində yayılan məlumata əsasən, Maliyyə Nazirliyinə 2020-ci il mayın 31-dək vaxt verilib ki, 2021-2025-ci illərin vergi siyasəti üçün əsas kimi qəbul ediləcək təkliflərini irəli sürsün. Mütəxəssislərin hesablamalarına görə, nəzərdə tutulan vergi güzəştləri ilə bağlı Latviya büdcəsinin illik itkilərinin məbləği 25-30 milyon avro olacaq.