Keçən il Tacikistanın Vergi Komitəsi vergilər və digər icbari yığımlar üzrə planı 3,9 faiz kəsirlə yerinə yetirib və bunun sayəsində dövlət büdcəsinə 53 milyon dollar az vəsait daxil olub. Komitənin sədri Nusratullo Davlatzadənin sözlərinə görə, həmin məbləğin təxminən 44,5 milyon dolları ölkədə fəaliyyət göstərən mobil operatorlardan yığılmalı idi. Lakin 2015-ci ildən bəri mobil operatorlar tədricən səsli xidmətləri azaldaraq öz diqqətlərini daha müasir xidmətlərə yönəldirlər və həmin xidmətilərin vergiyə cəlb olunması ilə bağlı qanuvericilikdə indiyədək müvafiq tənzimləmə yoxdur. İndi bir çox rabitə xidmətləri internet üzərindən aparlır və ona görə də vergi orqanları mobil operatorlardan cüzi məbləğdə vergi toplaya bilir.
Komitə sədri onu da qeyd edib ki, büdcənin gəlir hissəsi ildən-ilə artdığı halda, vergitutma mənbələrində azalma olur.