Rusiya Maliyyə Nazirliyi qeyri-rezident fiziki şəxslərin gəlir vergisinin azaldılmasını təklif edib

2020.02.14 13:40 (UTC+04:00)

Maliyyə Nazirliyinin hazırladığı yeni qanun layihəsində Rusiyada fəaliyyət göstərən rezidentlərin və qeyri-rezidentlərin ödədikləri fiziki şəxslərin gəlir vergisinin bərabərləşdirilməsi nəzərdə tutulur. Qanun layihəsinin mətni artıq ictimaiyyətin müzakirəsinə verib.

Hazırda Rusiyada qeyri-rezidentlərdən gəlir vergisi 30 faizlik dərəcə üzrə tutulur. Maliyyə Nazirliyi qanuna istisna hal əlavə edilməsini və qeryi-rezidentlərin “əmək fəaliyyətinin həyata keçirməsindən əldə etdikləri” gəlirin 13 faizi səviyyəsində vergi tutulmasını təklif edib.