2019-cu ildə Gürcüstana Azərbaycandan səfər edənlərin sayı 1,5 milyon nəfər təşkil edib. Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir. İllik müqayisədə qonşu ölkəyə yollanan azərbaycanlı ziyarətçilərin sayı 7,2 faiz artıb. Hesabat ilində Azərbaycan Gürcüstana səfər edən əcnəbilərin sayına görə birinci yeri tutub.
Gürcüstan ötən il, ümumilikdə, 9,4 milyon nəfər beynəlxalq ziyarətçi qəbul edib. İllik müqayisədə bu göstəricidə 7,8 faiz artım qeydə alınıb. Beynəlxalq səfərlərin 5,1 milyonu turist səfəri olub ki, bu da illik müqayisədə 6,8 faiz çoxdur. Qonşu ölkəyə səfər edənlərin böyük əksəriyyəti – 46,4 faizi 31-50 yaş qrupuna daxil olub. Ziyarətçilərin 60,8 faizini kişilər, 39,2 faizini isə qadınlar təşkil edib.
Səfərlərin məqsədləri - tətil, istirahət (43,5%), dost və qohum ziyarəti (19%), tranzit (16,1%), iş (10,8%), alış-veriş (6,8%), müalicə (1,8%) və digər (2%) olub.
Ötən il Gürcüstanın paytaxtı Tbilisi (4,1 milyon nəfər) və Acarıstan MR (2,3 milyon nəfər) ən çox ziyarətçi qəbul edib.