Azərbaycanda ötən il 27.812 nəfərə ipoteka krediti verilib

2020.02.14 12:41 (UTC+04:00)

Azərbaycanda 2019-cu ilin 30 dekabr tarixinədək ümumilikdə 27 812 nəfər ipoteka krediti götürüb ki, onlarında 53,9 faizinin aylıq gəliri 1.100 manatdan çox olub. İpoteka və Kredit Zəmanət Fondunun hazırladığı hesabata əsasən, borcalanların aylıq gəlirlərinə görə pay bölgüsündə ən kiçik paya aylıq gəliri 500 manatdan az olanlar sahibdir. Bu qrupda cəmi 877 nəfər ipoteka krediti götürüb və bu ümumi sayının 3,2 faizini təşkil edib.

Ötən il ən çox ipoteka krediti alanlarının aylıq gəlirlərinə görə bölgüsü:

#

Borcalanların aylıq gəliri, AZN

Borcalanların sayı

Borcalanların ümumi sayda payı, %

1

> 1.101

15.005

53,9

2

701-900

4.597

16,5

3

901-1.100

4.265

15,4

4

501-700

3.068

11%

5

< 500

877

3,2