Çin koronavirusdan zərər çəkən müəssisələrə vergi güzəşti edəcək

2020.02.13 18:50 (UTC+04:00)

Çinin dövlət başçısı Şi Cinpin yeni tip koronavirus (Kovid-19) epidemiyasının iqtisadiyyata vurduğu ziyanla bağlı tədbir görmək məqsədilə müəssisələrə vergi güzəşti də daxil olmaqla yardım etmək nəzərdə tutulduğunu bildirib.

Şi Cinpin dövlət televiziyasına açıqlamasında epidemiyaya qarşı tədbirlərlə əlaqədar çoxlu sayda fabrik, zavod, mağaza kimi müəssisələrin bağlanması ilə şirkətlərin maddi ziyanının artdığını, buna görə də ölkədə "sabit iqtisadi fəaliyyətin və sosial uyğunluğun davam etdirilməsinin" zəruri olduğunu bildirib.