Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Səudiyyə İnkişaf Fondu arasında əməkdaşlıq imkanları müzakirə olunub.
KOBİA-dan bildirilib ki, agentlikdə ölkəmizdə səfərdə olan Səudiyyə İnkişaf Fondunun nümayəndələri ilə görüş keçirilib. Görüşdə Azərbaycanda yerli və xarici investorlar üçün yaradılmış əlverişli biznes mühiti və sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri diqqətə çatdırılıb. Eyni zamanda, hər iki ölkənin müvafiq qurumları arasında KOB sahəsində təcrübə mübadiləsinə, KOB subyektlərinin əlverişli maliyyə resurslarına və xarici bazarlara çıxış imkanının genişləndirilməsi sahəsində birgə layihələrə, eləcə də qarşılıqlı maraq kəsb edən digər sahələr üzrə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.