Fransada ev vergisi ləğv ediləcək

2019.01.26 10:23 (UTC+04:00)

Fransa Respublikasının Prezidenti Emmanuel Makron son vaxtlar ölkədə yaranmış gərginliyin aradan qaldırılması üçün ictimaiyyət nümayəndələri ilə müzakirələrdə iştirak edir.

Prezident Fransanın cənubundakı Bur de Peaj əyalətində vətəndaşların təmsilçiləri ilə görüşüb. İctimaiyyət nümayəndələrinin qaldırdıqları problemləri dinləyən Makron ölkə vətəndaşlarının ildə bir dəfə ödədikləri ev vergisinin sosial baxımdan ədalətsizliklərə yol açdığını, bu verginin yaxın zamanlarda ləğv ediləcəyini bildirib.

E.Makronun ictimaiyyət nümayəndələri ilə görüşləri martın ortalarına qədər davam edəcək. Hazırda ölkə əhalisi həllini zəruri hesab etdikləri məsələlərlə bağlı internet vasitəsilə hökumətə yazılı müraciətlərini çatdıra bilir.

Qeyd edək ki, Fransada ev vergisinin məbləği evin yerləşdiyi əraziyə və sahəsinə görə hesablanır.