Türkiyənin Kahramanmaraş Universitetinin müəllim və tələbələri, yüksək keyfiyyətli kağız istehsal etmək üçün yeni yol tapıblar. Bunun üçün yumurta qabıqları ilkin material olaraq istifadə edilib.
Türkiyədə hər il 100 tondan çox yumurta qabığı tullantıya çevrilir. Yumurta qabığından kağız istehsalı vacib ekoloji problemlərin həllinə kömək edəcək. "Bir ton kağız hazırlamaq üçün 17 ağacı kəsməliyik. Orta ailə ildə 52 qutu yumurta istehlak edir. Bu qədər xammal 60-70 yaşlarında bir ağacın kəsilməsinin qarşısını alacaq. Bir ağac 72 insanın oksigen ehtiyacını təmin edir", - deyə universitetin professoru Tutuş qeyd edib. Onun sözlərinə görə, ölkədə keyfiyyətli kağıza tələbat ildən-ilə artır. Türkiyə onu xaricdən almaq məcburiyyətindədir. Xaricdən kağız idxalı onu yeni istehsal yolu axtarmağa vadar edib.