Azərbaycan investisiya cəlbediciliyinə görə reytinqdə 3 pillə irəliləyib

2020.02.12 17:59 (UTC+04:00)

Avropa Palatası ("EuCham") "2020-ci ildə biznes üçün ən yaxşı Avropa ölkələri" adlı araşdırma hazırlayıb. Sənəddə investisiya cəlbediciliyinə görə ölkələrin reytinqi tərtib olunub. Azərbaycan siyahıda 53 balla 41-ci yeri tutub. 2019-cu illə müqayisədə Azərbaycan 3 pillə irəliləyib.

Araşdırmada Dünya Bankı və "Beynəlxalq Şəffaflıq" təşkilatının indeksləri əsas götürülüb.