Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2020-ci il üzrə özünüməşğulluq proqramına artıq 1122 nəfər cəlb edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, proqrama cəlb olunanlar üçün 45 rayonda təlimlər keçilir. Bir aylıq təlim müddətində iştirakçılara biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədilir.
Təlim başa çatdıqdan sonra iştirakçıların özünüməşğulluq fəaliyyətinə hazırlıq səviyyələrinin və hazırladıqları biznes-planların qiymətləndirilməsi həyata keçiriləcək. Həmin qiymətləndirmədən uğurla keçənlər təqdim etdikləri biznes-plana uyğun mal və materiallarla təmin ediləcəklər.