Son bir ildə Azərbaycanda elektron ticarət iki dəfə artıb

2020.02.12 12:58 (UTC+04:00)

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Visa Cashless Forum"unda deyib. O bildirib ki, qlobal ödənişlər üzrə gəlirlərin artımı 2017-ci ildə 11 faiz, 2018-ci ildə 6 faiz olmaqla dünyadakı iqtisadi artım tempini əhəmiyyətli şəkildə üstələyib. "Worldpay"in hesabatına əsasən, 2022-ci ilədək dünyada "e-commerc"in həcmi 140 onlayn ödəmə sistemindən istifadə etməklə 4,6 trilyon dolları keçəcək. Hazırda dünyada kredit və debet kartları, əvvəlcədən ödəmə kartları, elektron cüzdanlar, onlayn bank ödəmələri, birbaşa debet, sonradan ödəmə, nağd pul, birbaşa daşıyıcı göndərmə və kriptovalyutalardan ödəmə vasitəsi kimi istifadə edilir. Dünyada rəqəmsal ödənişlərin hər 1 faiz artımı istehlak səviyyəsini 104 milyard dollar artıra bilər.