Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə yeni proqram hazırlanır

2020.02.12 12:41 (UTC+04:00)

Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə yeni proqram qəbul edilə bilər. Bu barədə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev Bakıda keçirilən "Visa Cashless Forum"unda deyib: "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" bu il yekunlaşır. Düşünürəm ki, bu proqramın davam etdirilməsinə ehtiyac var. Bu sənəd dövlət strukturlarının sözügedən sahə ilə əlaqədar fəaliyyətinin tənzimlənməsini təmin edən mükəmməl sənəddir".