İctimai nəqliyyatda ödənişlərin bank kartları ilə həyata keçirilməsi mümkün olacaq

2020.02.12 12:30 (UTC+04:00)

İctimai nəqliyyatda ödənişlərin bank kartları ilə həyata keçirilməsi üzərində iş aparılır.

Bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov jurnalistlərə müsahibəsində deyib: "Azərbaycan Mərkəzi Bankı "Azərbaycan Dəmir Yolları" QSC və "Visa" şirkəti ilə əməkdaşlıq çərçivəsində birgə layihə üzrərində çalışır. Layihə gündəlik istifadədə olan qatarlarda gediş haqların məsafədən ödəniş kartları ilə ödənilməsini nəzərdə tutur.

Digər nəqliyyat vasitələrində də bu sistemin tətbiqinə çalışırıq. Bununla bağlı dövlət qurumları ilə müzakirələr aparılır".