Bu il "Ani ödənişlər sistemi" istifadəyə veriləcək

2020.02.12 12:17 (UTC+04:00)

Azərbaycanda 7/24/365 rejimli "Ani ödənişlər sistemi" cari ildə istifadəyə veriləcək. Bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov fevralın 12-də keçirilən "Visa Cashless Forum"unda deyib.

O bildirib ki, ilkin mərhələ ilin birinci yarısında, tam mərhələ isə ilin sonunadək yekunlaşacaq. Sistem 5-10 saniyə ərzində 24/7 vaxt çərçivəsində ödənişlərin emalını və subyektivlərə çatdırılmasını təmin edəcək.