İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi iki sənədin monitorinq və qiymətləndirilməsini həyata keçirir

2020.02.12 11:50 (UTC+04:00)

"Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi" və "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" ölkəmizdə rəqəmsal ödənişlərin inkişaf etdirilməsi üçün əsas dövlət sənədləridir. Hazırda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) hər iki sənədin monitorinq və qiymətləndirilməsini həyata keçirir.

Bu barədə İİTKM-in icraçı direktoru Vüsal Qasımlı fevralın 12-də keçirilən "Visa Cashless Forum"unda deyib: "Dövlət Proqramının icrası nəticəsində nağdsız ödənişlərin illik həcmi təqribən 17 milyard manat arta bilər. Bu isə nağdsız ödənişlərin payının hər il 7 faiz artmasına imkan verəcək. Nəticədə bütövlükdə iqtisadi tranzaksiyada nağd ödənişlərin payı 74 faizdən 40 faizədək azalacaq".