Fevralın 11-də vergi xidməti işçilərinin peşə bayramı münasibətilə keçirilən konfransa vergi orqanlarının əməkdaşları, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin nümayəndələri, iqtisadçı ekspertlər, iş adamları və KİV nümayəndələri qatılıblar.
Konfransda İqtisadiyyat naziri Mikayıl Cabbarov "Vergi islahatları: birlikdə kölgədən işıqlığa doğru" mövzusunda təqdimatla çıxış edib.
Sonra Vergilər nazirinin müavini İlkin Vəliyev "Vergi inzibatçılığında şəffaflığa aparan yol" mövzusunda təqdimat edib və vergi sistemində reallaşdırılan islahatlar, vergi qanunvericiliyinə edilmiş dəyişikliklər, həyata keçirilən və nəzərdə tutulan işlər barədə danışıb.