Vergi islahatları: birlikdə kölgədən işıqlığa doğru

2020.02.11 16:38 (UTC+04:00)

Bakıda ölkəmizin iqtisadi həyatı üçün böyük maraq doğuran "Vergi islahatları: birlikdə kölgədən işıqlığa doğru" adlı konfrans işə başlayıb. Vergi xidməti işçilərinin peşə bayramına həsr olunmuş konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Nazirlər Kabinetinin, Milli Məclisin, digər dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin nümayəndələri və iş adamları iştirak edirlər.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun "Vergi islahatları: birlikdə kölgədən işıqlığa doğru" mövzusunda təqdimatında ölkəmizin vergi sisteminin inkişaf perspektivləri barədə işgüzar dairələrlə fikir mübadiləsi aparılmasının zəruriliyi və bunun artıq ənənə halı aldığı vurğulanıb.

Konfransda Vergilər nazirinin müavini İlkin Vəliyevin "Vergi inzibatçılığında şəffaflığa aparan yol", Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") rəhbəri Nuran Kərimovun "Kölgə iqtisadiyyatı" ilə mübarizə və şəffaflıq" mövzularında çıxışları nəzərdə tutulub.