Rəngdəyişmə ilə bakteriyaları müəyyən edən ağıllı sarğı

2020.02.10 19:03 (UTC+04:00)

Bakteriyalar, antibiotiklərə qarşı təkmilləşən bir müqavimətə malikdir və müəyyən bir infeksiyanın bir dərmana müqavimətli olub olmadığını anlamaq zaman alır. Çin Elmlər Akademiyasından araşdırmaçılar, dərmana müqavimətli (DR) və ya dərmana həssas (DS) bakteriyaları rəng dəyişdirərək göstərən ağıllı bir sarğı ixtira edib. Sarğı infeksiyanın vəziyyətini təsbit etdikdən sonra, bakteriyaları öldürmək üçün antibiotik ifraz edə bilir.

Sarğı yaraya tətbiq olunduqda infeksiya yoxdursa, yaşıl rəngə çevrilir. Antibiotiklərə həssas bakteriyalar təsbit etsə, rəngi təxminən dörd saatlıq bir müddət boyunca sarıya dönür. Ancaq dərmana müqavimətli bakteriyalar təsbit etsə qırmızı rəngdə olur. Bu rəng dəyişdirmə xüsusiyyəti sarğının içinə yerləşdirilən kimyəvi maddələr sayəsində mümkün olur. Sarğı dərmana həssas və ya müqavimətli infeksiyaları olan siçanların üzərində təcrübədən keçirilib və ümid edildiyi kimi rəng dəyişdirdiyi, bakteriyaları öldürmədə təsirli olduğu təsdiqlənib.