Xaçmaz "KOB evi"ndə sahibkarlara 300-dək xidmət göstərilir

2020.02.10 18:45 (UTC+04:00)

Xaçmazda fəaliyyət göstərən Kiçik və Orta Biznes Evində ("KOB evi") mikro, kiçik və orta sahibkarlara 300-dək dövlət-biznes ("G2B") və biznes-biznes ("B2B") xidmətləri göstərilir.

KOBİA-dan bildirilib ki, bu xidmətlərin 200-ə yaxını dövlət, 100-ü isə biznes-biznes xidmətləridir.

KOB evində sahibkarlara göstərilən xidmətlərlə buradan tanış olmaq mümkündür.