Paytaxtın ictimai iaşə dövriyyəsi artıb

2020.02.10 11:14 (UTC+04:00)

Ötən il Bakının ictimai iaşə dövriyyəsi 2018-ci illə müqayisədə real ifadədə 8,8 faiz artaraq 1 milyard 160,4 milyon manat olub. Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,2 faizi hüquqi şəxs statuslu müəssisələrin, 58,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.

İl ərzində hüquqi şəxslər üzrə dövriyyə 2018-ci illə müqayisədə 4,8 faiz artaraq 481 milyon manat təşkil edib.