Keçən il hər bir paytaxt sakini 203,1 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib

2020.02.10 10:35 (UTC+04:00)

Ötən il paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci illə müqayisədə real ifadədə 4 faiz artaraq 6 milyard 64,6 milyon manat olub. Bakı Şəhər Statistika İdarəsinin məlumatına əsasən, hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 800,3 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 62,7 faizini təşkil edib.

Qeyri-dövlət sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilə nisbətən 2,1 faiz artaraq 4 milyard 895,9 milyon manat olub.

2019-cu il ərzində hər bir şəhər sakini orta hesabla 203,1 manatlıq və ya 2018-ci illə müqayisədə nominal ifadədə 9,8 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.