Ötən il Azərbaycanda KASKO sığortası üzrə toplanan sığorta haqlarının həcmi 27,5 faiz artaraq 36.280,6 min manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, 2019-cu ildə KASKO sığortası üzrə ödənişlərinin isə həcmi 36,5 faiz artaraq 13.072,3 min manata çatıb.
Qeyd edək ki, KASKO sığortasının da daxil olduğu əmlak sığortası üzrə toplanan sığorta haqlarının həcmi ötən il 2,4 faiz azalaraq 133.113,1 min manata enib. Sığorta ödənişlərinin həcmi haqlarının isə 2 dəfədən (121,3%) çox artaraq 37.693,7 min manata çatıb.