"Philip Morris" Rusiya büdcəsinə 374 milyon dollar vergi ödəyib

2020.02.07 18:49 (UTC+04:00)

Söhbət büdcədən yayındırılmış vergilərdən gedir. 2019-cu ilin yayında Rusiya Federasiyasının Federal Vergi Xidməti (FVX) nəhəng transmilli tütün şirkətinin aksiz markaları ilə manipulyasiya edərək 60 milyard rubl (950 milyon dollar) vergi yayındırdığı qənaətinə gəlmişdi. Yayılan son məlumata görə şirkət öz hesabatı əsasında artıq Rusiya büdcəsinə 23,4 milyard rubl (374 milyon dollar) vəsait ödəyib. Şirkətin 2019-cu ilə dair hesabatında bu məbləğin "auditdən sonra aksiz və əlavə dəyər vergisi kimi ödənildiyi" bildirilir.

Rusiyada nəşr olunan "Vedemosti" qəzetinin yazdığına görə, söhbət keçən illə bərbər, 2015-2017-ci maliyyə illərində "Philip Morris"in Rusiyadakı filialına qarşı yönəldilmiş cərimələrdən və faizlərdən gedir. FVX 2017-ci ildən başlayaraq şirkətin fəaliyyətinə ciddi nəzarət edir və bunun nəticəsində ciddi vergi fırıldaqları aşkar edilib.