2019-cu ildə Azərbaycanda 681 milyon manat sığorta haqqı toplanıb, 301 milyon manatlıq ödəniş edilib

2020.02.07 14:35 (UTC+04:00)

2019-cu ildə Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 681,177 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, 2018-ci illə müqayisədə 6,4 faiz azdır.

Ötən il sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 301,537 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 25,5 faiz çoxdur.

2019-cu ildə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 44,3 manatı ödəniş edilib. 2018-ci ildə bu göstərici 33 manat olub.