İtaliyada fəaliyyət göstərən Maliyyə Qvardiyası əlavə dəyər vergisinin büdcədən yayındırılmasına şərait yaradan irimiqyaslı cinayət sxeminin üstünü açıb. Bu sxem vasitəsilə büdcədən yayındırılan vəsaitin ümumi məbləği 100 milyon avro təşkil edir. Ölkənin bir sıra regionlarında bu məsələ ilə bağlı ciddi yoxlamalar aparılıb. Artıq 13 nəfər həbs edilib.
Bundan əvvəl Avropa İttifaqının ekspertləri bildirmişdilər ki, vergilərin, xüsusilə də əlavə dəyər vergisinin yayındırılmasının miqyasına görə İtaliya Avropa İttifaqında birinci yeri tutur.