Tədris Mərkəzi vergi əməkdaşları üçün təlim keçirib

2020.02.07 12:34 (UTC+04:00)

Vergilər Nazirliyinin Tədris Mərkəzinin nazirliyin Vergi cinayətlərinin ibtidai araşdırılması Baş İdarəsində təşkil etdiyi təlimlər Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə və bunlarla əlaqədar zəruri məlumatların verilməsinə həsr olunub.

Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov və Vergi inzibatçılığının tədrisi şöbəsinin baş müəllimi Fariz Yadigarovun keçdiyi təlimlərdə "Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin qısa xülasəsi", "Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları", "POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət" və digər mövzular əhatə olunub. Tədbir zamanı baş idarənin əməkdaşlarını maraqlandıran sualları cavablandırılıb. Vergi cinayətlərinin ibtidai araşdırılması Baş İdarəsi rəhbərliyinin də iştirak etdiyi təlimlər interaktiv metodlardan istifadə olunmaqla diskussiya şəraitində keçib.