"İqtisadi zona" proqramının 2 fevral 2020-ci il tarixli buraxılışı Video

2020.02.06 16:32 (UTC+04:00)

ATV ilə Vergilər Nazirliyinin birgə layihəsi olan "İqtisadi zona" proqramının növbəti buraxılışında Çindən başlayan "koronavirus" təhlükəsinin dünya iqtisadiyyatına, eləcə də Çin-Azərbaycan iqtisadi münasibətlərinə təsiri, qeyri-rəsmi məşğulluğun vətəndaşı hansı hüquqlardan məhrum etməsi, şübhəli kreditlərin verilməsinə nəzarətin gücləndirilməsi, ünvanlı sosial yardım almaq üçün tələb olunan məlumatlar, Azərbaycanın şimal rayonlarında icbari tibbi sığortanın tətbiqi, ölkəmizdə turizmin inkişafı ilə bağlı mövcud problemlər barədə süjetlər nümayiş etdirilib.

Proqramın qonağı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev şəhər nəqliyyatının aktual problemləri, eləcə də yol kənarlarında qanunsuz parklama halları ilə bağlı suallara aydınlıq gətirib.