Avtomobil, qoşqu və yarımqoşquların istehsalı artıb

2020.02.06 14:29 (UTC+04:00)

Bakıda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,3 faiz artıb. Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, ötən il maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların, sair nəqliyyat vasitələrinin istehsalı sahələrində 217,5 milyon manatlıq məhsul istehsal edilib. 2018-ci illə müqayisədə maşın və avadanlıqların istehsalı 2,6 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,3 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 18,9 faiz azalıb.