Çin hökuməti ABŞ-dan idxal olunan 75 milyard dollarlıq məhsula tətbiq olunan əlavə gömrük rüsumlarını yarıbayarı azaldır. Çin Dövlət Şurasının (Nazirlər Kabineti) Gömrük Tarifləri Komissiyasının bu barədə qərarı fevralın 14-dən qüvvəyə minəcək. Məqsəd iki ölkə arasında iqtisadi-ticari münasibətlərin sağlam və davamlı inkişafını təşviq etməkdir.
Qeyd etmək lazımdır ki, ABŞ və Çin arasında iki ilə yaxın müddətdə davam etmiş ticarət mübahisələri yanvarın 15-də Vaşinqtonda ticarət sazişinin birinci mərhələsinə dair sənədin imzalanması ilə səngiyib. Tərəflər bir-birlərindən idxal etdikləri məhsullara tətbiq olunan əlavə vergi tariflərini tədricən aradan qaldıracaqlarını bəyan ediblər.