"Huawei" Avropada 5G şəbəkələri üçün avadanlıq istehsal edəcək

2020.02.06 13:28 (UTC+04:00)

"Huawei" şirkəti Avropada beşinci nəsil (5G) mobil rabitəni dəstəkləyən şəbəkələr üçün avadanlıq istehsal etməyi planlaşdırır. Şirkətin Avropa üzrə vitse-prezidenti Abraham Liu məlumatı təsdiqləyib. Şirkət təmsilçisi bildirib ki, "Huawei" öz məhsullarını Avropa İttifaqının üzvü olan ölkələrə təqdim etməkdə qərarlıdır.

Bundan əvvəl isə Böyük Britaniya hökuməti "Huawei"in xidmətlərindən istifadə edəcəyini açıqlayıb.