Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2020.02.05 18:03 (UTC+04:00)

Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105003781 ISIN-li, 15 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 12 investor tərəfindən qiyməti intervalı 95.5155 AZN (9 faiz) və 103.77 AZN (4.5076 faiz) olan 20 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 102.1731 AZN (5.3399 faiz), orta ölçülmüş qiyməti 102.3171 AZN (5.2642 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 70 milyon 679 min 600 AZN, yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edib. İstiqrazlar 2022-ci il fevralın 1-də ödəniləcək.