Toxuculuq sənayesində məhsul istehsalı artıb

2020.02.05 14:01 (UTC+04:00)

Ötən il paytaxtın toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 162,3 milyon manat dəyərində məhsul istehsal edilib.

Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata əsasən, 2018-ci illə müqayisədə toxuculuq sənayesində 3,6 faiz artım, geyim istehsalında 11,9 faiz, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında isə 36,5 faiz azalma müşahidə olunub.