Baş Nazir Əli Əsədov Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.
Dəyişiklik İqtisadiyyat, Maliyyə nazirlikləri və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təkliflərə əsasən qərara alınıb. Dəyişiklik Azərbaycana tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən avtomobillərin gömrük rüsumundan azad edilməsini nəzərdə tutur.
Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 7 il müddətində qüvvədə olacaq.