Keçən il dəmir yolu ilə 3 milyard 196,8 milyon dollarlıq yük daşınıb

2020.02.05 10:43 (UTC+04:00)

Keçən il dəmir yolu nəqliyyatı ilə 7,5 milyon ton yük daşınıb ki, bu yüklərin dəyəri 3 milyard 196,8 milyon ABŞ dolları olub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ötən il dəmir yolu nəqliyyatı ilə ixrac olunan 2,3 milyon ton yükün dəyəri 709,8 milyon dollar təşkil edib.

Qeyd edilən dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 5,2 milyon ton, dəyəri isə 2 milyard 487 milyon dollar olub.