Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər sahibkarlar üçün şərh edilir

2020.02.05 10:04 (UTC+04:00)

Bu gün Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi və Vergilər Nazirliyinin təşəbbüsü ilə sahibkarların məlumatlandırılması məqsədilə iki günlük seminar keçirilir. Seminar "Vergi Məcəlləsinə edilmiş ən son dəyişikliklərin şərhi"nə həsr olunub.

ASK-dan bildirilib ki, "Vergi Məcəlləsinə edilmiş ən son dəyişikliklərin şərhi" mövzusunda seminar Vergilər Nazirliyinin əməkdaşı Fariz Yadigarov tərəfindən aparılır. Təlim ASK üzvləri üçün nəzərdə tutulub və ödənişsizdir.