Azərbaycan Moskvada keçiriləcək "Prodekspo-2020" beynəlxalq sərgisinin rəsmi sponsorudur

2020.02.04 17:11 (UTC+04:00)

Moskvada "Prodekspo-2020" beynəlxalq qida məhsulları, içkilər və onların Rusiyada və Şərqi Avropada istehsalı üçün istifadə edilən xammal sərgisi keçiriləcək. Sərgi fevralın 10-14-də "Eksposentr" Mərkəzi Sərgi Kompleksinin ərazisində təşkil olunacaq.

Azərbaycan sərginin və axşam ziyafətinin rəsmi sponsorudur. İqtisadiyyat Nazirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə sərgidə 30-dan artıq Azərbaycan şirkəti öz məhsullarını "Made in Azerbaijan" brendi altında vahid milli stenddə təqdim edəcəklər.

Qeyd edək ki, iri beynəlxalq sərgi olan "Prodekspo"da dünyanın hər yerindən ərzaq məhsulları - gündəlik baza məhsulları və içkilərindən tutmuş nəfis yeməklərədək, həmçinin orqanik, idman qidası, sağlam həyat tərzi üçün, halal, koşer qidası, ekzotik ərzaqlaradək təqdim olunur.