Keçən il Ukraynada 151,9 milyard qrivna (10,24 milyard manat) məbləğində əlavə dəyər vergisi (ƏDV) əvəzləşdirilib ki, bu da 2018-ci illə müqayisədə 15,4 faiz çoxdur. Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən bildirilib ki, yeni xidmətin nailiyyətlərindən biri də vergi ödəyicilərinin etdikləri müraciətlərə uyğun olaraq ƏDV-nin tam əvəzləşdirilməsindəki sabitlikdir. 2019-cu ildə vergi ödəyicilərinin müraciətlərində göstərilən 152,8 milyard qrivna (10,3 milyard manat) məbləğində ƏDV-nin 99,4 faizi əvəzləşdirilib. 2018-ci ildə isə bu göstərici cəmi 89,9 faiz təşkil edirdi.