Avtomatlaşdırılmış avtobus xidmətinə keçmək gözlənilir

2020.02.04 13:41 (UTC+04:00)

Tokionun yaxınlığında yerləşən Sakai şəhərində tezliklə ödənişsiz və avtomatlaşdırılmış avtobus marşrutu fəaliyyətə başlayacaq.

Həmin avtobus hərəkət zamanı xəstəxana, məktəb və digər sosial obyektlər arasında işləyəcək. Əhalinin sürətlə qocalması ilə bağlı kiçik yaşayış məntəqələrində nəqliyyatın hərəkətinin təşkilində yaranan problemləri nəzərə alan Sakai şəhər administrasiyası "SB Drive" şirkəti ilə birlikdə belə bir sistemin tətbiq edilməsi barədə qərar qəbul edib. Ümumi tutumu 11 nəfər üçün nəzərdə tutulan həmin avtobusların apreldən hərəkətə başlaması və şəhər daxilində 5 kilometr uzunluqda dairəvi yol boyunca hərəkət etməsi nəzərdə tutulur.

Qeyd edək ki, sürücü oturacağının və rolun olmadığı həmin avtobuslar məsafədən idarə ediləcək. Bununla belə, avtobuslarda hərəkəti izləyən və fövqəladə vəziyyət yaranacağı təqdirdə idarəetməni öz üzərinə götürən nəzarətçi də olacaq.