Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 12 faizdən çox artıb

2020.02.04 14:30 (UTC+04:00)

Bu il fevralın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 6.340,8 milyon ABŞ dolları təşkil edib. Mərkəzi Bankdan verilən məlumata görə, bu, yanvarın 1-i ilə müqayisədə 1,3 faiz çoxdur.

Son 1 ildə isə AMB-nin valyuta ehtiyatları 12,1 faiz artıb.